Rusiyada aclıq olacaq? - "Böhran daha da dərinləşəcək"

Rusiyada aclıq olacaq? - "Böhran daha da dərinləşəcək"

Rusiyada aclıq olacaq? - "Böhran daha da dərinləşəcək"

"Rusiya ağır sosial-iqtisadi vəziyyətə düşməsinin əsas səbəbkarı elə özüdür".

Bunu Polemika.az-a açıqlamasında iqtisadçı Nemət Əliyev bildirib.

O, Ukraynaya təcavüzünə görə ümumən 5530 sanksiya ilə üzləşmiş Rusiya Federasiyasının düşüdüyü durumu belə şərh edib:

“Çox təəssüf ki, Rusiya qonşu Ukraynaya hərbi təcavüz həyata keçirir, işğalçılıq siyasəti yürüdür. Dünyanın ona tətbiq etdiyi sanksiyalar çox ağırdır. Bundan sonra Rusiyada sosial-iqtisadi vəziyyət daha ağır olacaq. Bunun altından asanlıqla qalxmaq mümkün deyil.

Rusiyanın ixracında mineral ehtiyatlar, neft məhsullarının payı daha çoxdur. Ona görə də, bu istiqamətdə də sanksiyaların tətbiq olunması Rusiyanın iqtisadi itkilərini bir az da artıracaq.

Rublun məzənnəsinə gəlincə, hazırda qara bazarda dolların qiyməti 170-180 rubla qalxıb. Müharibənin başlanğıcında isə təxminən 80 rubl idi”.

N.Əliyev qeyd edib ki, yaxın zamanlarda Rusiyanı mitinqlər, tətillər dalğası bürüyəcək:

“Piştaxtalarda acınacaqlı vəziyyət müşahidə olunur. Müharibə davam etsə, Rusiyada sosial problemlər gözlənilir. Sonrakı mərhələdə böhran xidmət sektoruna keçəcək. Nə qədər gec deyil, Kreml öz işğalçılıq siyasətinə son qoymalıdır. Putinin liderlik iddiası varsa, xalqının yaxşı yaşaması üçün çalışmalıdır”.

Nəzrin Vahid

Rusiyada aclıq olacaq? - "Böhran daha da dərinləşəcək"