Rusiya və Belarus güləşçiləri beynəlxalq yarışlardan kənarlaşdırıldı

Rusiya və Belarus güləşçiləri beynəlxalq yarışlardan kənarlaşdırıldı

Rusiya və Belarus güləşçiləri beynəlxalq yarışlardan kənarlaşdırıldı

Dünya Güləş Birliyi (UWW) Rusiya təmsilçilərini öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.

Polemika.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilib ki, qərar Ukraynaya hərbi müdaxilə ilə əlaqədar qəbul olunub.

Güləşçilərlə yanaşı, Rusiyadan olan rəsmilər də yarışlarda iştirak edə bilməyəcəklər. Bəyanatda Rusiyada keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin ləğvindən də bəhs edilir. Eyni sanksiyalar Belarus nümayəndələrinə də tətbiq olunacaq.

 

Rusiya və Belarus güləşçiləri beynəlxalq yarışlardan kənarlaşdırıldı