Bakıda beş nəfər intihara cəhd etdi

Bakıda beş nəfər intihara cəhd etdi

Bakıda beş nəfər intihara cəhd etdi

Xətai rayonunda beş nəfər intihara cəhd edib.

Polemika.az APA-ya istinadən xəbər verir ki, şəxsiyyətləri məlum olmayan şəxslər özlərini körpüdən atmaq istəyib.

Məlumata görə, intihara cəhd edən şəxslər şirkət işçiləridir və maaşlarının verilməməsinə etiraz edirlər.

Polis əməkdaşlarının səyləri nəticəsində intihara cəhdin qarşısı alınıb. Həmin şəxslərlə profilaktik söhbət aparıldıqdan sonra aidiyyatı polis şöbəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır

Bakıda beş nəfər intihara cəhd etdi