Rusiya-Ukrayna müharibəsi nə vaxt başa çatacaq? - "Bir-iki günə..."

Rusiya-Ukrayna müharibəsi nə vaxt başa çatacaq?

Rusiya-Ukrayna müharibəsi nə vaxt başa çatacaq? - "Bir-iki günə..."

Bu gün Rusiya-Ukrayna müharibəsinin 12-ci günüdür. Müharibənin bu qədər uzun sürməsi siyasi analitikləri, politoloqları da təəccübləndirib.

Müharibənin bu qədər uzanmasına səbəb nədir? Tərəflər arasında savaş yaxın günlərdə müharibə dayandırıla bilərmi?

Milli Məclisin üzvü Cavid Osmanov Polemika.az-a açıqlamasında deyib ki, bir-iki gün ərzində Rusiya-Ukrayna münasibətlərində mənzərə aydın olacaq:

“Rusiya ilə Ukrayna arasında davam edən gərginlik fevral ayının sonlarında çox ciddi böhrana çevrildi. Artıq 12 gündür bu böhranı qanlı toqquşma əvəzləyib. Müharibəni heç kim arzulamır, çünki nəticələri göz qarşısındadır. Ukraynada 12 gün ərzində minlərlə insan həyatını itirib, iqtisadiyyata böyük ziyan dəyib.

Rusiya-Ukrayna müharibəsinin başlaması əvvəlcədən çox az ehtimal olunurdu. Hər kəs bu məsələnin diplomatik yolla həllinə inanırdı. Lakin12 gündür müharibə başlayıb və müharibənin gedişatını əvvəldən proqnozlaşdırmaq çox çətindir.

12 gün ərzində Rusiya-Ukrayna arasında iki dəfə görüş keçirilib, üçüncü görüş nəzərdə tutulub, amma ciddi bir nəticə əldə olunmayıb. Digər tərəfdən, bu məsələnin dinc yolla həllini tapması üçün vasitəçilik etmək niyyətində olan ölkələr də var. Lakin ortada müsbət nəticə yoxdur. Düşünürəm ki, bir neçə gündən sonra tamamilə aydın mənzərə olacaq və ondan sonra proqnozlaşdıra bilərik ki, müharibənin sonrakı mərhələsi necə olacaq. Hələki Rusiya tərəfi əməliyyatları davam etdirir, Ukrayna ciddi müqavimət göstərməyə davam edir. Danışıqlar prosesinin isə heç bir nəticəsi yoxdur”. 

Mehri QURBAN

Rusiya-Ukrayna müharibəsi nə vaxt başa çatacaq? - "Bir-iki günə..."