"Rusiya ordusunun əsas səyləri Kiyevi mühasirəyə almağa yönəlib" - Baş Qərargah

"Rusiya ordusunun əsas səyləri Kiyevi mühasirəyə almağa yönəlib"

"Rusiya ordusunun əsas səyləri Kiyevi mühasirəyə almağa yönəlib" - Baş Qərargah

Rusiya ordusunun əsas səyləri Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəlib.

Polemika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin doqquzuncu günü başlayıb.

"Düşmənin əməliyyat ehtiyatlarının əsas hissəsi tükənib. Rusiya Federasiyasının Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə və texnikanın köçürülməsi üçün hazırlıqlara başlayıb. İşğalçı qruplaşmaların ikinci eşelonları və əməliyyat ehtiyatlarının böyük hissəsi istifadəyə verilib.

Volın istiqamətində düşmən iki zirehli transportyorun köməyi ilə Polesskoye və Povara yaşayış məntəqələri ərazilərində müdafiə əməliyyatlarına keçib. İşğalçının Belarus Silahlı Qüvvələrini Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün sərhəddə silahlı təxribatlar törədəcəyi istisna edilmir.

Polesi istiqamətində Şərq Hərbi Dairəsinin hərbi hissələrindən ibarət işğalçılar qrupu 15-ə qədər zirehli transportyordan ibarət qüvvələrlə Kazaroviçi, Vışqorod, Fastov, Obuxov zonasında hücum əməliyyatı keçirir, Polesskoe, Kuxari, Borodyanka, Bışev, Qoreniçi, Demidov yaşayış məntəqələri ərazisində sərhədlər uğrunda gedən mübarizədə düşmən öz hücum potensialını qismən itirib. Makarov ərazisində düşmənin əsas qüvvələrinin qarşısı alınır və dayandırılır. İşğalçılar Buçadan və Qostomel aerodromundan geri çəkilib. Bundan əlavə, Zaporojye AES-in təlim binasında baş verən yanğın söndürülüb", - deyə məlumatda qeyd olunub.

"Rusiya ordusunun əsas səyləri Kiyevi mühasirəyə almağa yönəlib" - Baş Qərargah