Rusiya Müdafiə Nazirliyi Ukraynanın itkilərini açıqladı

Rusiya Müdafiə Nazirliyi Ukraynanın itkilərini açıqladı

Rusiya Müdafiə Nazirliyi Ukraynanın itkilərini açıqladı

Rusiya Silahlı Qüvvələri Ukraynanın 2200-dən çox hərbi infrastruktur obyektini məhv edib.

Polemika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

O qeyd edib: “Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2203 hərbi infrastruktur obyekti vurulub. O cümlədən Ukrayna silahlı qüvvələrinin 76 komanda məntəqəsi və rabitə mərkəzi, 111 "S-300", "Buk M-1" və "Osa" zenit-raket kompleksləri, həmçinin 71 radar stansiyası".

Konaşenkovun sözlərinə görə, yerdə və havada 93 təyyarə, 778 tank və digər zirehli döyüş maşını, 77 reaktiv yaylım atəş sistemi, 279 səhra artilleriya qurğusu və minaatan, 553 ədəd xüsusi təyinatlı hərbi texnika, o cümlədən 62 pilotsuz təyyarə də məhv edilib.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın itkilərini açıqladı