Rusiya daha bir beynəlxalq təşkilatdan qovuldu

Rusiya daha bir beynəlxalq təşkilatdan qovuldu

Rusiya daha bir beynəlxalq təşkilatdan qovuldu

Baltik Dənizi Dövlətləri Şurasının üzvləri Rusiyanı təşkilatdan kənarlaşdırıblar.

Polemika.az xarici KİV-lərə istinadən xəbər verir ki, təşkilat üzvləri Rusiya ilə Şura çərçivəsində əməkdaşlığı dayandırmaq qərarına gəliblər.

Bundan əlavə, müşahidəçi ölkə statusuna malik olan Belarus da cəzalandırılıb. Bu addım Rusiyanın Ukraynaya qarşı müharibə aparması ilə əlaqələndirilib.

Xatırladaq ki, Baltik Dənizi Dövlətləri Şurası 1992-ci ildə Kopenhagendə yaradılıb. Ukrayna təşkilatda müşahidəçi ölkə statusuna malikdir.

Rusiya daha bir beynəlxalq təşkilatdan qovuldu