“Rus imperiyasının başında duranlar…” – “Cavad Xan”dan sərt açıqlama

“Rus imperiyasının başında duranlar…” – “Cavad Xan”dan sərt açıqlama

“Rus imperiyasının başında duranlar…” – “Cavad Xan”dan sərt açıqlama

“Ruslar bir şeyi anlamadır ki, onlar alman faşizmi ilə ölənəcən vuruşan Ukrayna xalqı ilə üz-üzə gəliblər. Ukrayna xalqı ağrılardan, əzablardan, davadan, işğaldan keçmiş və qələbə qazanmış böyük bir xalqdır”.

Bu sözləri Polemika.az-a Xalq artisti Nurəddin Mehdixanlı deyib. O, 21-ci əsrdə bu cür müharibənin olmasından təəssüf hissi keçirdiyini bilirib:

“Hazırda çox pis hadisələr baş verir. 21-ci əsrdir, münasibətləri həmişə danışıqlar prosesi, bütün problemləri diplomatiya ilə həll edilməlidir. Təəssüf ki, bugünkü Rusiya imperiya təfəkküründən xilas ola bilməyib və “Mən istədiyimi edərəm” şəklində dünyaya meydan oxuyur. Bu, səhv mövqedir. Rusiyanın böyük ərazisi, böyük potensialı olduğu halda, bugün bu şəkildə müharibə, səfalət içində olması ölkənin başında duranların günahıdır.

Bu gün Ukrayna işğala məruz qalır, zor gücünə iradəsini yeridən isə Rusiyadır. Ruslar bir şeyi anlamadılar ki, onlar alman faşizmi ilə ölənəcən vuruşan Ukrayna xalqı ilə üz-üzə gəliblər. Ukrayna xalqı ağrılardan, əzablardan, davadan, işğalda keçmiş və qələbə qazanmış böyük bir xalqdır”.

Xalq artisti Azərbaycan xalqının hər zaman Ukraynaya dəstək verdiyini deyib:

"Bu gün Azərbaycan xalqı da haqlı olaraq Ukraynanın tərəfini tutur, çünki Ukrayna da bizim kimi işağala məruz qalır. Biz də torpaqlarımızın uğrunda savaşmışıq, şəhid vermişik, həmin vaxt Ukrayna ruhu, canı, sevgisi, qətiyyəti ilə yanımızda olub. Ukraynada yaranan birlik, bütövlük bizə tanışdır. Millət bir orduya çevrilib. Eyni şey bizdə də baş vermişdi, biz dəmir yumruğa çevrilib işğalçını öz torpaqlarımızdan qovduq.

Eyni taleyi bu gün Ukrayna yaşayır və mən əminəm ki, onlar qalib gələcəklər”.

Aktyor qeyd edib ki, hadisələrin gedişi və nəticəsi nə olursa-olsun Ukrayna xalqının mübarizəsi haqq mübarizəir:

“Bu, Ukrayna xalqının işğal rejimə qarşı müqavimətidir. Azərbaycanda az insan fərqli mövqe nümayiş etdirir. Biz kimin dost, kimin düşmən olduğunu 28 il ərzində, həmçinin 44 günlük Vətən müharibəsində gördük. Ona görə də, Azərbaycan dost Ukrayna xalqının yanındadır. Ukraynanın yanında olmaq Rusiyaya qarşı olmaq demək deyil. Kimsə bunu bu şəkildə anlamasın!

Zalımın qarşısında olmaq, məzlumu müdafiə etmək insanlıq borcudur. Biz işğala, zülmə məruz qalanın yanındayıq. Buna “Rusiyanın qarşısındayıq” demək kökündən yanlışdır! Bizim rus xalqı ilə heç bir problemimiz yoxdur. Azərbaycanda 100 mindən artıq rus yaşayır. Onlar ağrılarımıza ağrıyır, sevincimizə sevinirlər. Onlar Vətən müharibəsində bizimlə birgə savaşaraq şəhid oldular. Bu, ayrı məsələdir.

Bu gün Ukraynanın ordu sıralarında Ukrayna vətəndaşı olan azərbaycanlılar vuruşur və igidlik göstəririrlər. Ukraynada iki azərbaycanlı Milli Qəhrəman var. Onlar Azərbaycan xalqının başını uca edirlər. 

Mən Ukrayna xalqının, onun haqq işinin yanındayam. Şərəfi, ləyaqəti, əxlaqı olan hər kəs zülmə məruz qalanın yanında olmalıdır. Zaman keçəcək, Ukrayna və Rusiya arasında normal münasibətlər formalaşacaq, çünki onlar qonşu ölkələrdir, bir yerdə faşizmə qarşı vuruşublar, qurbanlar veriblər. Düşünürəm ki, bu müharibəyə, qardaş, qonşu qırğınına səbəb olanlara tarix cəzasını verəcək. Böyük dövlətçilik ənənəsi, mədəniyyəti olan rus xalqı buna layiq deyil! Onlar böyük sevgiyə və hörmətə layiq xalqırlar. Böyük Hüseyn Cavid deyib: “İdrakı sönük başçıların qəfləti ancaq. Etmiş, edəcək milləti həp əldə oyuncaq”.

Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna xalqına humanitar yardım edilməsi ilə bağlı verdiyi qərarı insanlıq naminə ən xeyirxah əməl hesab edirəm. Azərbaycan xalqının başçısı məhz bu cür qərar verməli idi. Mən bununla fəxr edirəm”.

Əsmətxanım Rzazadə 

“Rus imperiyasının başında duranlar…” – “Cavad Xan”dan sərt açıqlama