Roberto Karlos yaşıl meydanlara qayıdır

Roberto Karlos yaşıl meydanlara qayıdır

Roberto Karlos yaşıl meydanlara qayıdır

"Real"ın və Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos karyerasını bərpa etmək qərarına gəlib. 

Polemika.az BBC-yə istinadla xəbər verir ki, 49 yaşlı veteran oyunçu həvəskar çempionat hesab olunan İngiltərə Pivə Liqasında çıxış edəcək. 

Karlos "Bull in Barn Yunayted" klubunda oynayacaq. "Bull in Barn Yunayted" “eBay”in sosial platformasının "Dream Transfer" müsabiqəsində qalib gəlib.

Klublar burada iştiraka görə 5 funt sterlinq ödəyir və yarışda qalib gələn komanda bir matçlıq peşəkar futbolçu alır. Müqaviləni isə "eBay" həll edir.

"Dream Transfer" tirajından əldə edilən bütün gəlirlər xeyriyyəçiliyə yönəldilib.

Qeyd edək ki, Roberto Karlos 2016-cı ildə karyerasını bitirib.

Roberto Karlos yaşıl meydanlara qayıdır