ReAL imza toplayacaq - İlqar Məmmədov hansı dairədən mandat almağa iddia edir?

ReAL imza toplayacaq - İlqar Məmmədov hansı dairədən mandat almağa iddia edir?

ReAL imza toplayacaq - İlqar Məmmədov hansı dairədən mandat almağa iddia edir?

"ReAL partiyası 33 və 35 saylı Xətai seçki dairələrinin ərazisində seçki tələbi ilə imza toplayacaq". 

Polemika.az xəbər veri ki, bu barədə adıçəkilən partiyanın sədri İlqar Məmmədov "Facebook" səhifəsində yazıb. 

"Bu və bir neçə başqa dairələrin nəticəsi 2 il əvvəl ləğv olunub. Konstitusiya deputat sayını 125 kimi göstərsə də, 2 ildir Konstitusiya pozulmuş durumdadır – cəmi 120 təmsilçi var. Bəzi ölkələrdə parlamentdə üzvlük müddəti cəmi 2 ildir, bizdə isə 200 min seçici 2 ildən çoxdur təmsilçisiz qalıb", - o qeyd edib.

Partiya sədri daha sonra nə qədər imza yığacaqlarına aydınlıq gətirib: "Nəzəri baxımdan dairədə qalib olmaq üçün 1 səs də kifayət edir. Yəni 40 min seçicidən cəmi 1 nəfər gəlib kiməsə səs versə, o şəxs deputat sayılır. Amma nəzəri norma ilə məhdudlaşmadıq, faktiki mənzərəyə baxdıq. Son seçkidə, yəni 2020`ci ilin fevralında ölkədə ən az səslə qalib gələn deputat bütün seçicilərin 5,65 faizinin səsini qazanıb.

Nisbətdə, 33 saylı Xətai Seçki Dairəsi üçün bu 2690 səs edir, 35 saylı dairə üçün isə 2205 seçici deməkdir. Yəni nəzəri-praktiki baxımdan seçilmək üçün minimum belədir. Bu rəqəmlər heç bir hüquqi məcburiyyət yaratmır, daha çox rəmzidir, amma siyasi yükə malikdir. Ona görə imza toplamanı onların üzərindən quracağıq. Daha 3 boş qalan dairədə hansısa partiya ya da ictimai qrup istəsə imza toplasın. Bizim aksiya son nəticədə onlar üçün də keçərlidir".

ReAL imza toplayacaq - İlqar Məmmədov hansı dairədən mandat almağa iddia edir?