Koronavirusdan yeni sağalanlar 3-cü doz vaksin qəbul etməlidirlərmi? - Həkimdən açıqlama

Koronavirusdan yeni sağalanlar 3-cü doz vaksin qəbul etməlidirlərmi?

Koronavirusdan yeni sağalanlar 3-cü doz vaksin qəbul etməlidirlərmi? - Həkimdən açıqlama

Son günlər ölkədə "Omikron" ştammına yoluxma geniş vüsət alıb. Hər gün açıqlanan rəsmi statistika da bunu təsdiqləyir. Lakin ətrafı müşahidə edərkən yoluxma sayının daha çox olduğunu göürürk. Bu həm də onunla bağlıdır ki, bəzi insanlar xəstəliyi yüngül keçirdikləri üçün test vermirlər. Lakin virusun bütün simptonları var. Buna görə də 3-cü doz vaksinin vurulmasıyla bağlı çağırışlar da artır.

Maraqlıdır, test verməyən insanlar virusa yoluxubsa, amma adı sistem də yoxdursa, məcburi 3-cü doza vurulmalıdır, yoxsa vaksinin vurulmaması üçün alternativlər var?

Həkim-infeksionist Nicat Əzimli Polemika.az-a açıqlamasında deyib ki, vaksinin yaratdığı immunitet xəstəliyin yaaratdığı immunitetdən 5 dəfə güclüdür.

“Xəstələnib, sağalmaq o demək deyil ki, 1 doz vaksinlə  bərabər immunitet əldə etmiş olursuz. Bu da o deməkdir ki, xəstə test verib, sistemə düşsə də, test verməsə də hər iki halda buster dozanı qəbul etməsi məsləhətdir.

Yoluxanlar düzdür, 6 ay vaksindən azad olunur. Amma araşdırılıb ki, ümumiyyətlə bir doza vaksinin yaratdığı immunitet xəstəlikdən sonra orqanizmdə yaranan immunitetdən 5 dəfə daha güclüdür”.

Həkimin sözlərinə görə, yoluxan şəxs vaksin vurdurarsa, bu onun səhhətində heç bir problem yaratmayacaq:

“Əgər bir şəxs yoluxub, lakin test verməyibsə, 3-cü doz vaksini vurdurması onda heç bir problem yaratmayacaq. Xəstəliyi keçirəndə mütləq şəkildə test verilib, təsdiqlənməli və ya həkim tərəfindən ona COVİD-19 olduğu diaqnozu qoyulmalıdır. O da olmasa xəstə özü evdə müalicə alıb, sağalıb, vaksin vurdurmalıdır”.

N.Əzimli qeyd edib ki, vaksini vurdurmamaq üçün hər hansı bir alternativ üsul yoxdur:

“Vurdurmaq istəməyənlər üçün alternativ üsul yoxdur. Test vermək sistemə daxil olmaq üçün şərtdir. İnsan məlumatsız olduğundan test vermir. Yoluxub, test verməməmisən, lakin daha sonra bu ağlına gəlib. Sonradan sübut edə bilməzsən ki, sən COVİD-19 olmusan. Elə bir sistem yoxdur. Test verməli və ya poliklinikada qeydiyyata düşməliydn”.

Nəzrin Vahid

Koronavirusdan yeni sağalanlar 3-cü doz vaksin qəbul etməlidirlərmi? - Həkimdən açıqlama