Qəbələdəki bazar yanğınında 12 ərzaq və geyim mağazası yandı - Fotolar

Qəbələdəki bazar yanğınında 12 ərzaq və geyim mağazası yandı - Fotolar

Qəbələdəki bazar yanğınında 12 ərzaq və geyim mağazası yandı - Fotolar

Qəbələ rayonunun Vəndam qəsəbəsində ümumi sahəsi 1000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb.

Polemika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın zamanı 12 ərzaq və geyim mağazası yanıb.

Hadisənin başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qəbələdəki bazar yanğınında 12 ərzaq və geyim mağazası yandı - Fotolar