Quranda “insan nankor varlıqdır” sözü kimlərə aid edilib? – Ramiz Mehdiyevin sitatına şərh

Quranda “insan nankor varlıqdır” sözü kimlərə aid edilib? – Ramiz Mehdiyevin sitatına şərh

Quranda “insan nankor varlıqdır” sözü kimlərə aid edilib? – Ramiz Mehdiyevin sitatına şərh

Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevə qarşı irad dolu tənqidlərlə çıxış edən elm adamlarının və siyasətçilərin sayı artmaqda davam edir.  Ramiz Mehdiyevin istefa çağırışlarına toplu cavab verərək “İnsan təbiəti naqisdir. Qurani-Kərimdə qeyd edilir ki, insan nankor varlıqdır” - deyə bildirməsi müzakirələrə səbəb olub.

Bəs müqəddəs kitabımızda belə ayələr varmı? Varsa, nə üçün ifadə olunub? Mövzu ilə bağlı Polemika.az-a danışan ilahiyyatçı Elşad Miri Qurani-Kərimdə bütün insanların “nankor” adlandırılmadığını bildirib:

“İnsanın nankor olması ilə bağlı “Quran”dan bir neçə ayəni qeyd edəcəm. Qurani-Kərimdə 14-cü surə - İbrahim surəsi var, 34-cü ayəsində deyilir ki, “Həqiqətən, insan çox zalım və nankordur”. Bu söz Quranda həqiqətin üstünü örtən insanlar üçün işlədilir. Ayədə deyilir ki, “Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz.  O sizə istədiyiniz hər şeydən verib”. 

Ayədə belə insanlara nankor deyilir, bütün insanlığa yox. Allahın verdiklərinin dəyərini bilməyənlər belə adlandırılır.

Bundan başqa Adiyat surəsinin 6-cı ayəsində də insanın nankor olduğu bildirilib. Amma orada da var-dövlətə həris olan insanlar haqda bu söz işlədilir. 

Qurani-Kərimin 11-ci surəsi olan “Hud” surəsinin 9-cu ayəsində belə deyilir: “Əgər insana özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar. Burada da söz konkret şəxslərə yönəlib.

“Furqan” surəsinin 50-ci ayəsində buyrulur: Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu bunu nankorluqdan başqa bir şey kimi qəbul etmədi”.

Bildirək ki, “Qurani Kərim”dəki ayələrin bəziləri konkret hadisələrdən sonra Allah tərəfindən insanlara göndərilib. Bəs nankorluqla bağlı olan ayələrin hər hansı hadisə ilə bağlılığı varmı? Elşad Miri deyir:

“Qurani-Kərimdə hansısa hadisədən sonra ayənin gəlməsi  Quranın 10 faizi ilə əlaqəlidir. Quranın özündə Allah bildirir ki, hansı insanlar nankordur, Allah yaratdığı bütün insanları nankor yaratmayıb. Nankorluq yaxud şükür etmək insanın özünün seçimidir. “Kəhf” surəsində də deyilir ki, istəyən iman gətirsin, istəyən inkar etsin, istəyən şükür etsin, istəyən naşükür olsun”.

Əsmətxanım

Quranda “insan nankor varlıqdır” sözü kimlərə aid edilib? – Ramiz Mehdiyevin sitatına şərh