Fevral ayının ilk 10 günündə havanın temperaturu iqlim normasından yüksək olub

Fevral ayının ilk 10 günündə havanın temperaturu iqlim normasından yüksək olub

Fevral ayının ilk 10 günündə havanın temperaturu iqlim normasından yüksək olub

Azərbaycanın əksər bölgələrində fevral ayının birinci ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından 2-6°C yüksək, yağıntısız və qeyri-sabit hava şəraiti müşahidə olunub.

Polemika.az xəbər verir ki, havanın dekadalıq orta temperaturu Maştağada 6.0ºC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 6-8⁰C, Lənkəran-Astara bölgəsində 7-10ºC, Quba- Xaçmazda 2-4ºC, Şəki-Zaqatalada 5-8⁰C, Dağlıq Şirvan bölgəsində 3-4ºC, Gəncə-Daşkəsəndə 0-8ºC, Qazax-Tovuzda 2-6⁰C, Qarabağ bölgəsində 8-9ºC və Naxçıvanda 2,5ºC təşkil edib.

Havanın minimum temperaturu Acınohurda 2ºC, Astarada 1ºC, Maştağa və Lənkəranda 0ºC, Cəfərxan,Gəncə, Ceyrançöldə -2ºC, Göyçay, Zərdab, Şəki və Bərdə -3ºC,Qəbələdə -5 ºC, Şamaxı, İsmayıllıda -6ºC, Gədəbəydə -7⁰C, Daşkəsən, Quba və Naxçıvanda -8ºC, Mərəzədə - 10⁰C qeydə alınıb.

Yağıntının dekadalıq miqdarı Quba-Xaçmazda 4-16 mm, Lənkəran-Astara bölgəsində Astarada 9 mm, Maştağa və Mərəzədə 2 mm qeydə alınıb. Naxçıvanda qar örtüyünün izi müşahidə edilib.

Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 56-86%, Gəncə-Daşkəsəndə 36-87%, Qazax-Tovuz bölgəsində 58-75%, Qarabağda 56-61%, Naxçıvan 71%, Maştağada 80%, Lənkəran-Astara bölgəsində 46-66%, Mil-Muğanda 55-71%, Şəki-Zaqatalada 41-64%, Quba-Xaçmaz bölgəsində 74-85%, Mərkəzi Aranda 54-59% təşkil edib.

Rütubət çatışmazlığı Dağlıq Şirvan bölgəsində 1-4 hPa, Gəncə-Daşkəsəndə 1-8 hPa, Qazax-Tovuz bölgəsində 2-5 hPa, Qarabağda 5-6 hPa, Naxçıvan HMS-da , Maştağa və Quba-Xaçmaz bölgəsində 2 hPa, Lənkəran-Astarada 2-5 hPa, Şəki-Zaqatala bölgələrində 4-7 hPa, Mil-Muğan 2-5 hPa, Mərkəzi Aranda 5 hPa olub.

Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı Goranboyda 2 gün, küləyin maksimum sürəti 32 m/san, Daşkəsən və Tərtərdə 3-4 gün, maksimal sürət 28 m/san, Bərdədə 1 gün, maksimal sürət 25 m/san, Zərdab və Tovuzda 1-2 gün, maksimal sürət 24 m/san, Mərəzə və Göyçayda 2-5 gün, maksimal sürət 22 m/san, Şəki və Gəncədə 1- 3 gün 20 m/san qeydə alınıb.

Fevral ayının ilk 10 günündə havanın temperaturu iqlim normasından yüksək olub