Qubada silah-sursat aşkarlandı

Qubada silah-sursat aşkarlandı

Qubada silah-sursat aşkarlandı

Qubada silah-sursat aşkarlanıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, rayonun Dağlı kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən polis əməkdaşkarı Quba-Qusar yolunun sol tərəfində, “Gülüstan” gölünün  kənarında ağ polietilen kisəyə bükülmüş 2 ədəd 16 kalibrli qoşalüləli tüfəng, 1 ədəd ov tüfənginə məxsus lülə və 81 ədəd avtomat patronu aşkar edərək götürüblər.

Bundan əlavə, rayon sakini İzzət Əhmədova məxsus avtomobildən 1 ədəd sənədsiz ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla  bağlı RPŞ-də araşdırma aparılır.

Qubada silah-sursat aşkarlandı