Qriqoryan və Zas sərhəddəki vəziyyəti müzakirə etdi

Qriqoryan və Zas sərhəddəki vəziyyəti müzakirə etdi

Qriqoryan və Zas sərhəddəki vəziyyəti müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla KTMT-nin baş katibi Stanislav Zas arasında telefon danışığı olub.

Polemika.az “Armenpress”ə istinadla xəbər verir ki, telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub.

Armen Qriqoryan vurğulayıb ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhəd Sovet İttifaqı dövründən mövcud olub və 1991-ci il tarixli “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş”ə əsasən, tərəflər bu sərhədləri tanıyıb. Bu sərhəd sazişi  parlamentlərdə ratifikasiya edilib və iki ölkə qanunvericiliyinin ayrılmaz hissəsinə çevirlib.

Telefon danışığı zamanı tərəflər Ermənistan Respublikasının KTMT-də sədrliyi ilə bağlı məsələləri də müzakirə ediblər.

Qriqoryan və Zas sərhəddəki vəziyyəti müzakirə etdi