"Qonşudan geri qalmamaq üçün ildə bir dəfə üzə düşüb xanımlarına çiçək alırlar..."

"Qonşudan geri qalmamaq üçün ildə bir dəfə üzə düşüb xanımlarına çiçək alırlar..."

"Qonşudan geri qalmamaq üçün ildə bir dəfə üzə düşüb xanımlarına çiçək alırlar..."

Fevralın 14-ü dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da Sevgililər Günü kimi qeyd edilir.  Azərbaycanda Sevgililər Günü adətən 30 iyunda keçirilsə də, bu günü qeyd edənlər də az deyil. 

Mövzu ilə bağlı danışan müğənni Afət Fərmanqızı Polemika.az-la fikirlərini bölüşüb.

Yenicə ailə quran ifaçı bu günü qeyd etməyin əleyhinə olmadığını bildirib:

“Sevgililər Günündə Moskvada solo konsertim olacaq. O ki, qaldı bu günü qeyd edib, etməmək məsələsinə, 14 fevral pozitiv bir gündür. Bunu qeyd etməyin nə ziyanı var ki? 14 fevralda da edək, 30 iyunda da. Elə ayda bir dəfə bu günü qeyd edək nə olacaq? Yağın aşa nə ziyanı var ki? Mənim üçün əla gündür. Xalqımız üçün də, dünya üçün də pozitiv gündür”.

A.Fərmanqızınən sözlərinə görə, 14 fevralda xanımlar deyil, yalnız kişilər xanımlara hədiyyə almalıdır:

“Elementar bir şey deyim, adi hallarda kişilərin vaxtı olmur, diqqət göstərib xanımına bir çiçək almırlar. Amma 14 fevralda hardasa yarı məcbur, yarı ürəklə bir dəstə çiçək alırlar. Düşünürlər ki, qonşudan dala qalmasınlar. Bir güllə də olsa, xanımınən ürəyini şad edirlər. 

Mən düşünürəm ki, 14 fevralda kişilər qadınlara hədiyyə almalıdır, qadınlar yox. Qadın kişiyə hədiyyə almalı deyil. Kişilər güclü qüvvədirlər, həm də ailə başçısıdırlar. Çox ailələrdə xanımlar işləmirlər, evdar xanımdırlar. Onsuz o nəsə alsa da bu kişinin puludur. Özündən özünə hədiyyə alası deyil ki. Amma kişilər Sevgililər günündə mütləq xanımlarına hədiyyə alsınlar”.

Əsmətxanım

"Qonşudan geri qalmamaq üçün ildə bir dəfə üzə düşüb xanımlarına çiçək alırlar..."