Qazilər müharibədən sonra hərbi geyimi niyə çıxarmır?

Qazilər müharibədən sonra hərbi geyimi niyə çıxarmır?

Qazilər müharibədən sonra hərbi geyimi niyə çıxarmır?

İkinci Qarabağ müharibəsi artıq tarixin çevrilmiş səhifəsidir. Amma müharibə qaziləri hələ də hərbi geyimi əyinlərindən çıxarmırlar. Toyda-yasda hərbi libaslı adamlar xüsusi təqdimatla yuxarı başa keçirilir, arada-bərədə müxtəlif səpkili insidentlərdə belə veteranların adı hallanır. Hətta sosial şəbəkələrdə bu fikir səslənir ki, artıq müharibə başa çatıb, qazilər niyə hələ də hərbu geyimdə niyə gəzir.

Polemika.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib ki, bu, postmüharibə dövrünün sindromlarından biridir.

“Müharibə iştirakçısı olmuş, tərxis edilmiş insanlar özlərini cəmiyyətə göstərmək istəyirlər. Qələbədən 1 il 3 ay keçsə də, cəmiyyətimiz hələ də eyni sindromu yaşayır. Onlar diqqəti özlərinə çəkmək istəyirlər. Əgər hərbi qulluqçu müharibə dövründə yaralanıbsa, əlilliyi varsa, dövlət qurumlarından umduğu var.

Bəzən müharibədə iştirak etməyənlər də hərbi forma geyib, özünü qazi kimi qələmə verib qeyri-qanuni əməllərlə bəhrələnməyə çalışır. Cəmiyyətin hissiyyatlılığından sui-istifadə edir. Bu, dələduzluqdur”.

E.Şıxəliyev qeyd edib ki, məcburetmə prosesi baş verməlidir:

“Hərbi xidmətdə olmayanların hərbi formanı daşıması qadağandır. Formanı qeyri-qanuni daşıyan insanların əməli inzibati xəta kimi qiymətləndirilir.

Müharibədə, döyüş əməliyyatlarında fəal iştirak etmiş insanların çoxu, adətən, buna meyilli olmurlar. Bu kimi hallarla hüquq mühafizə orqanları, post-patrul xidmətləri və hərbi polis məşğul olmalıdır”.

Nəzrin Vahid

Qazilər müharibədən sonra hərbi geyimi niyə çıxarmır?