Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət rejimi ləğv edildi

Qazaxıstanda iğtişaşlar başlayarkən tətbiq edilmiş fövqəladə vəziyyət rejimi ölkənin bütün ərazisində ləğv edilib.

Polemika.az xəbər verir ki, yerli vaxtla 00.00-da (Bakı vaxtı ilə 22.00) ölkənin bütün regionlarında fövqəladə vəziyyət rejimi başa çatıb.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi prezident Qasım-Jomart Tokayevin əmri ilə 5 yanvar tarixində tətbiq edilmişdi.