Qax polisi reyd keçirdi - Fotolar

Qax polisi reyd keçirdi - Fotolar

Qax polisi reyd keçirdi - Fotolar

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Polemika.az-a verilən məlumata görə, yol polisi əməkdaşları şəhərin müxtəlif istiqamətlərində parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücülərini aşkarlayıblar.

Tədbirlər zamanı 15 sürücü barəsində inzibati protokol tərtib olunub.

Qax polisi reyd keçirdi - Fotolar