“Omikron əlbətdəki sonuncu ştamm deyil” - Adil Qeybulla

“Omikron əlbətdəki sonuncu ştamm deyil” - Adil Qeybulla

“Omikron əlbətdəki sonuncu ştamm deyil” - Adil Qeybulla

Martın 6-dan karantin qaydaları yumşaldılıb. Toy məclislərində say və vaxt məhdudiyyəti ləğv olunub, yas mərasimlərinin keçirilməsinə icazə verilib.

Buna sevinənlərlə yanaşı, narahat olanlar da oldu. Narahatlıq odur ki, toylarda, məclislərdə yüzlərlə insanın bir araya gəlməsi, toplaşması koronavirusun yenidən artmasına səbəb ola bilər. Bu bəzi insanlarda təşviş doğurur.

Maraqlıdır, yoluxma halı yenidən arta bilərmi?

Azərbaycan Tibb Univeristeti 1-ci Cərrahi xəstəliklər kafedrasının profesoru Adil Qeybulla Polemika.az-a açıqlamasında deyib ki, Omikron geniş yoluxuculuq qabiliyyəti ilə demək olar ki, hər kəsi yoluxdurdu:

“Koronavirus Alfa, Betta, Qamma, Delta və Omikron dalğalarını əmələ gətirdiyinə görə, xüsusi seçilir. Bunlar geniş dalğalar əmələ gətirirlər. Bunların içərisindən Omikron öldürücülük və ağırlaşma törətmə qabiliyyətinin xeyli aşağı olması ilə seçilir. Omikron ştammı geniş yoluxuculuq qabiliyyəti ilə demək olar ki, əhalinin xeyli hissəsini yoluxdurdu. Demək olar ki, kollektiv immunitetə daha da yaxınlaşdıq”.

Həkimin sözlərinə görə, pandemiya sona çata bilər:

“Omikron əlbətdəki sonuncu ştamm deyil. Virus bizim həyatımızda uyğunlaşıb, lövbər salacaq yaxuddaki sıradan çıxacaq. Amma heç kim birmənalı proqnoz verə bilmir. Çünki RNT daşıyıcı virusların davranışları fərqli olur.

Daim mutasiyaya uğrayırlar. Nəzərə alaq ki, immun sistemi zəif olan insanlar var ki, viruslar xeyli müddət orada qalır, mutasiyaya uğrayır. Müxtəlif Omikron kimi özünü göstərə bilirlər. O baxımdan da gələcəklə bağlı proqnoz verə bilmərik. Son qərarlar epidemoloji vəziyyətə uyğun verilir. Düzgün qərarlardır. Buna onlar qərar verir. Ümid edirəm ki, bu il pandemiya ilə vidalaşarıq.

Pandemiyadan xeyli dərslər də götürülməlidir. Gələcək üçün qorunmalıyıq. Buna alışmalıyıq”.

Nəzrin Vahid

“Omikron əlbətdəki sonuncu ştamm deyil” - Adil Qeybulla