“Qarabağ”ın qalib gəlmə şansı varmı? - Rəylər

“Qarabağ”ın qalib gəlmə şansı varmı? - Rəylər

“Qarabağ”ın qalib gəlmə şansı varmı? - Rəylər

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Avrokuboklar tarixinə qrupdan çıxan ilk Azərbaycan klubu kimi düşən Ağdam təmsilçisi Fransa səfərində “Marsel”in qonağı olacaq.

“Qarabağ”ın bu qarşılaşmada qalib gəlmə şansı varmı?

Futbol mütəxəssisi Şahin Diniyev Polemika.az-a açıqlamasında “Marsel”in güclü komanda olduğunu, lakin “Qarabağ”ın oyun zamanı bütün situasiyanı dəyişə biləcəyini söyləyib:

““Marsel” Konfrans Liqasında “Qarabağ”ın qarşısına çıxan “Bazel”dən belə güclüdür. “Marsel” Avropanın Top-5 futbol ölkəsindən biri olan Fransanın ikinci yerdə olan komandasıdır. Ölkə, klub, futbolçu baxımından “Marsel”in üstünlüyü var. Lakin bu oyundan əvvəl olan proqnozdur. Oyunda hərşeyi dəyişmək olur. “Qarabağ” bir neçə dəfə  bunu sübut edib.

“Qarabağ” bu günə qədər Konfrans Liqasının bütün oyunlarda topa sahib olma faizinə görə ən yaxşı komandadır. Bu səbəbdən “Marsel”ə qarşı elə-belə “Qarabağ” çıxmayacaq. “Qarabağ”ında gücü var.

“Marsel”i çox da böyütməməliyik. Bu Konfrans Liqasının 1\16 yarışıdır. Çempionlar Liqası, Avropa Liqası deyil.  “Marsel”dən daha güclü komandalar var. “Barselona”, “Real”, “Çelsi”, “İnter”....

“Marsel” “Qarabağ”la başa-baş mübarizə aparacaq komandadır. “Qarabağ”ın uzun müddət Avropa təcrübəsi olub. Bu oyunda da nə etməli olduqlarını bilirlər. Reallıq budur ki, bu gün “Marsel”lə “Qarabağ” arasında fərq var. Lakin o fərqi 0-a endirmək üçün şansımız da mövcuddur. Kadi və Zubirin hücumda rəngarəng oyunları olacaqsa, “Qarabağ”ın qorxmasına ehtiyac yoxdur. Eyni zamanda, “Qarabağ” bu oyunda heç nə itirməyəcək. Artıq öz vəzifəsini maksimum yerinə yetirib. Bundan sonra hər şey bonus olaraq “Qarabağ”ın üzərinə gələcək. Çox istərdim ki, ikinci oyuna intriqa qalsın və “Qarabağ”a azarkeşliyimizi sona qədər edək. Oyunun nəticəsindən asılı olmayaraq, “Qarabağ”ın arxasındayıq”.

“Sumqayıt” klubunun sabiq baş məşqçisi Ayxan Abbasov da qarşılaşmanın çətin olacağını qeyd edib:

““Qarabağ” ilkə imza atıb. Hər dəfə qrup mərhələsinə düşsə də həmin mərhələdən çıxa bilmirdi. Bu dəfə buna nail oldu. Rəqib isə “Marsel”dir. "Marsel” Avroliqada qrup üçüncüsü oldu və Konfrans Liqasına düşdü. Əgər “Qarabağ” “Bazel”i üstələyə bilsə idi, daha münasib rəqiblə qarşılaşa bilərdi.

“Marsel”in gücü bəllidir. Hazırda Fransa Liqasında ikinci yerdədir. Bu səbəbdən çətin oyun gözlənilir. Bilirik ki, “Qarabağ” da belə rəqiblərə qarşı çəkinmir və oyununu sərgiləyir. Lakin xatırlamaq lazımdır ki, rəqib çox sıx qrafikdə oynayır. Üç gündən bir oyuna çıxırlar.

Ümid edək ki, “Qarabağ” orada sərfəli nəticə əldə etsin ki, azarkeşlərimiz burada həyəcanı daha yaxşı yaşasınlar”.

Uğurlar “Qarabağ”!

Mehri QURBAN 

“Qarabağ”ın qalib gəlmə şansı varmı? - Rəylər