Elman Nəsirov Tahir Kərimlidən danışdı: "İnşallah, başına bir iş gəlməz"

Elman Nəsirov Tahir Kərimlidən danışdı: "İnşallah, başına bir iş gəlməz"

Elman Nəsirov Tahir Kərimlidən danışdı: "İnşallah, başına bir iş gəlməz"

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimlinin ötən gün video çəkərək hədələndiyini dilə gətirməsi və emosional çıxışı gündəmin əsas mövzularındandır. Deputatın videosu bir çox suallar ortaya çıxarıb. 

Maraqlısı budur ki, onunla sözügedən video paylaşılandan sonra heç bir əlaqə yoxdur. Kərimlinin mobil telefon nömrələrinə zəng çatmır.

Polemika.az-a danışan deputat Elman Nəsirov da həmkarı ilə əlaqə yarada bilmədiyini qeyd edib:

“Tahir Kərimli ilə danışa bilməmişəm. Çünki dəfələrlə zəng etsəm də telefonu bağlıdır. Bilmirəm, necə əlaqə saxlayım. Ortada bir xəbər yoxdur. İnşallah, heç nə olmaz, başına bir iş gəlməz. Ola bilsin ki, jurnalistlər bu məsələ ilə bağlı çox sual verir deyə telefonları bağlayıb”.

Deputatın geniş müzakirələrə səbəb olan videosunu təqdim edirik: 

Elman Nəsirov Tahir Kərimlidən danışdı: "İnşallah, başına bir iş gəlməz"