Qarabağda nə baş verir? - "Dərhal cəmiyyəti, ordunu ayağa qaldırıb..."

Qarabağda nə baş verir? - "Dərhal cəmiyyəti, ordunu ayağa qaldırıb..."

Qarabağda nə baş verir? - "Dərhal cəmiyyəti, ordunu ayağa qaldırıb..."

Norayr Mirzoyan adlı erməni terrorçusunun noyabrın 13-də Laçın-Şuşa yolunda Azərbaycan hərbçilərinə qumbara ilə hücum etməsi bölgədə vəziyyəti yenidən gərginləşdirib. 

Seperatçı rejimlə bağlılığı şübhə doğurmayan silahlı şəxslərin ard-arda təxribat törətməsi cəmiyyətin səbr kasasını daşırıb. Bu səbəbdən Azərbaycan ordusu tərəfindən bölgədə antiterror əməliyyatlarının keçirilməsinə dair çağırışlar səngimək bilmir.

Azərbaycan Qarabağda antiterror əməliyyatına başlaya bilərmi? Qarabağdakı terrorçuların zərərsizləşdirilməsi istiqamətində addımların atılması hansı nəticələrə gətiirb çıxara bilər?

Siyasi şərhçi Azər Həsrət Polemika.az-a açıqlamasında deyib ki, Rusiya sülhməramlıları öz vəzifələrini yerinə yetirə bilmir:

“Əlbəttə, bu hadisə olmamalı idi. Əslinə qalsa, biz ümumiyyətlə o bölgədə sakitliyin əbədi bərpa edilməsinin tərəfdarıyıq. Bir ildir, Azərbaycan dövləti Rusiya sülhməramılarının orada yerləşməsinə şərait yaradıb, razılıq verib. Bölgə bütövlükdə Rusiya sülhməramlılarına etibar edilib.

Təəssüflər olsun ki, sülhməramlılar bəzən öz vəzifələrini yetərincə səriştəli bir şəkildə yerinə yetirə bilmirlər. Nəticədə xoşagəlməz hadisələr baş verir. Hətta ermənilər Azərbaycan tərəfinə atəş belə açırlar. Qumbara atılması da rus sülhməramlılarının gözünün qarşısında baş verdi. Rus sülhməramlıları qumbara atan şəxsə qarşı dərhal silah tətbiq etməli, onu zərərsizləşdirməli idilər. Təəssüflər olsun ki, orada silahın tətbiq edildiyini müşahidə etmədik. Terrorçu rahat bir şəkildə əlini-qolunu sallayaraq qumbranı bizim əsgərlərimizə sarı tulladı. Bu bir daha ondan xəbər verir ki, sülhməramlılar yetərincə səriştəli və etibarlı şəkildə öz vəzifələrini yerinə yetirmir”.

Ekspertin sözlərinə görə, antiterror əməliyyatının başlanması işin zərərinə  gətirib çıxarar:

“Antiterror əməliyaytına gəlincə, düşünürəm ki, bu cür məsələlərdə bir qədər soyuqqanlı davranmaq lazımdır. Çünki o bölgə bütövlükdə sülhməramlılara etibar edilibsə, haradasa hansısa bir insident yaşandığı zaman dərhal cəmiyyəti, ordunu ayağa qaldırıb, antiterror əməliyyatlarına başlamaq çağırışları etmək lazım deyil. Bu emosionallıqdır. Bu cür davranmaq işin zərərinə ola bilər.

Azərbaycan dövlətinin kifayət qədər əsgəri, gücü, silahı bütün bunları etmək üçün imkanı var. Amma biz özümüz könüllü şəkildə əgər sülhməramlıları ora dəvət etmişiksə, baş verən hadisələri onlarla birlikdə həll etməyə çalışmalıyıq.

İlk növbədə bu tip hadisələr baş verməsəydi, daha yaxşı olardı. Baş veribsə, belə onları sülhməralılarla həll etmək lazımdır. Emosiaylardan qaçmalıyıq. Hər halda ən pis sülh, yaxşı müharibədən daha yaxşıdır.

Biz yeni qarşıdurmaların yaşanmasını istəmirik. Biz bunu arzu etmirik. Azərbaycan dövləti sadəcə siyasi, diplomatik yollarla problemin tam həllinə, bütövlükdə orada erməni vətəndaşlarının Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün çalışır. Belə bir məqamda məncə emosiyaları kənara qoymaq daha faydalı olar”.

Nəzrin Vahid 

Qarabağda nə baş verir? - "Dərhal cəmiyyəti, ordunu ayağa qaldırıb..."