“Qarabağ” “Bazel”ə uzudub qrup ikincisi oldu

“Qarabağ” “Bazel”ə uzudub qrup ikincisi oldu

“Qarabağ” “Bazel”ə uzudub qrup ikincisi oldu

Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulub.

Polemika.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” qrupda son matçını keçirib. Qurban Qurbanovun komandası İsveçrədə “Bazel”lə həlledici matça çıxıb. 2-ci dəqiqədə "Qarabağ"ın təmiz qolu qeydə alınmayıb. Oyun meydan sahiblərinin qələbəsilə başa çatıb - 0:3. 

"Bazel" qrup lideri kimi birbaşa 1/8 finala yüksəlib. Qrupda 2-ci yeri tutan "Qarabağ" Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq. 

 

9 dekabr

Konfrans Liqası

Qrup mərhələsi, 6-cı tur

H qrupu

00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) - 3:0 

Qollar: Kabral, 33, 74, Kasami, 62,

Baş hakim: Fran Yoviç (Xorvatiya)

Bazel. “Sent Yakobs Park”

“Qarabağ” “Bazel”ə uzudub qrup ikincisi oldu