"Qarabağ" Andradeni yola gətirməyə çalışır

"Qarabağ" Andradeni yola gətirməyə çalışır

"Qarabağ" Andradeni yola gətirməyə çalışır

"Qarabağ" portuqaliyalı futbolçu Leandro Andrade ilə danışıqlar aparır. 

Polemika.az xəbər verir ki, bu haqda Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. 

"Sportinq"in yetirməsi olan 22 yaşlı L.Andrade hücuma meylli yarımmüdafiəçidir. O, ölkəsində "Olhanense", "CD Fatima", eləcə də Bolqarıstanın "Çerno More" komandalarında oynayıb. 

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Leandronun klubun maraq dairəsində olduğunu təsdiqləyib: "Bəli, o, danışıqlar apardığımız futbolçulardan biridir. Lakin Leandronun klubu ilə rəsmi müqaviləsi var. Hazırda danışıqlarımız davam edir. Əgər danışıqlarımız müsbət nəticlənərsə, bu haqda rəsmi məlumat verəcəyik".

"Qarabağ" Andradeni yola gətirməyə çalışır