“Qanunsuz hərəktlərlə bağlı ölçü götürüləcək” - Sima Yaqubova

“Qanunsuz hərəktlərlə bağlı ölçü götürüləcək” - Sima Yaqubova

“Qanunsuz hərəktlərlə bağlı ölçü götürüləcək” - Sima Yaqubova

“Mediasiya Şurasının İdarə Heyəti cəmiyyətin və ictimayyətin diqqətinə çatdırır ki, zaman-zaman vətəndaş məmnunluğunu pozan, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozan mediatorlarla bağlı ölçü götürülür”. 

Bu barədə “Polemika.az”a Mediasiya Şurası İdarə Heyətinin üzvü, Sima Yqubova məlumat verib. O, bildirib ki, istənilən qanunsuz hərəktlərlə bağlı, istənilən mediator barədə “Mediasiya haqqında” Qanunun müvafiq maddələri üzrə bundan sonra da ölçü götürüləcək:

“Mediasiya Şurası bütün mediatorları ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Mediasiya haqqında” Qanunun tələblərinə və eyni zamanda, Nazirlət Kabinetinin müvafiq qərarlarına əməl etməyə çağırır. İctimaiyyətin və cəmiyyətin diqqətinə çatdırırq ki, hər bir mediator qanun qarşısında bərabərdir. 

Mediasiya Şurası öz nəzarət mexanizmləri vasitəsilə ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının bir hissəsi olan mediasiya islahatlarının daha keyfiyyətli həyata keçirilməsini qarşısına məqsəd qoyub. Eyni zamanda, Mediasiya Şurasının İdarə Heyəti formal mediasiyanın qarşısının alınması məqsədilə Mediasiya Şurasının İntizam komissiyası ilə birgə ciddi tədbirlər görür. 

Bu tədbirlər çərçivəsində İntizam Komissiyası tərəfindən 5 mediator barəsində aparılan intizam araşdırmasının nəticəsi ilə bağlı 16.02.2022-ci il tarixində İdarə Heyətinin İclasında təqdim edilmiş material və rəylər əsasən müzakirələr aparılıb, qərarlar qəbul edilib”.

Sima Yaqubova bildirib ki, Mediasiya Şurasının İdarə Heyəti tərəfindən 16 fevral 2022-ci il tarixində qəbul edilmiş qərara əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi əsas götürülməklə 4 mediatorun 6 ay müddətinə mediatorluq fəaliyyətinin həyata keçirilməsi hüququ dayandırılıb. 

Qeyd edilən məlumatlar 4 mediatora münasibətdə mediasiya reseytrində qeyd edilib. Bir mediator barəsində daxil olan şikayətdə isə qanun pozuntusu müəyyən edilmədiyi üçün həmin mediator barədə pozuntu faktı aşkar edilməyib: 

“Ümumiyyətlə, bu günədək 34 mediator barəsində başladılan intizam icraatının araşdırması İntizam Komissiyasına həvalə edilib. Başlanılmış intizam icraatları nəticəsində  “Mediasiya haqqında” Qanunda nəzərdə tutulan vəzifələrin kobudcasına pozulması, habelə mediatorun etik davranış qaydalarının pozulması halları aşkar edildiyindən 7 mediatorun 6 ay müddətində mediator kimi fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması, 9 mediatorun üzərinə töhmət intizam məsuliyyəti tətbiq edilməsi, 8 mediatorun hərəkətlərində intizam pozuntusu aşkar edilmədiyindən barələrində başlanılan intizam icraatlarına xitam verilməsi qərara alınıb. Hazırda 10 mediator barəsində intizam araşdırması davam etdirilməktədir”.

Mediasiya Şurası vətəndaşlara müraciət edib ki, qanunsuz fəaliyyətlə qarşılaşdıqları mediatorlar, mediasiya təşkilatları barədə Mediasiya Şurasının muraciet@mediasiya.gov.az elektron ünvanına rəsmi müraciət etsinlər. “Bütün vətəndaş müraciətləri heç bir süründürməçilik olmadan qısa müddətdə araşdırılır və fəaliyyətlərində pozuntu olan mediatorlarla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq müvafiq ölçülər götürülür”.

“Qanunsuz hərəktlərlə bağlı ölçü götürüləcək” - Sima Yaqubova