Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb ​​​​​​​

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb  ​​​​​​​

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb ​​​​​​​

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 7-13 fevral 2022-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Şabran rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxs  saxlanılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Polemika.az-a bildirib ki, araşdırma zamanı brakonyerin Şabran şəhər sakini  Musa İsmayılov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 250 metr uzunluğunda sintetik tor yığışdırılıb”.

B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda, Qızılağac Milli Parkının ərazisində ov qaydalarını pozduğuna görə Masallı rayon sakini Mirhasil Həsənov saxlanılıb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb ​​​​​​​