“Qalatasaray” derbidə “Fənərbaxça”ya uduzdu

“Qalatasaray” derbidə “Fənərbaxça”ya uduzdu

“Qalatasaray” derbidə “Fənərbaxça”ya uduzdu

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi oynanılıb. 

Polemika.az xəbər verir ki, "Qalatasaray" 13-cü turda doğma meydanda əzəli rəqibi "Fənərbaxça" ilə qarşılaşıb.

Matçda hesab 16-cı dəqiqədə açılıb. Kərəm Aktürkoğlu "Qalatasaray"ı önə keçirib. "Fənərbaxça" 31-ci dəqiqədə bu qola kapitanı Məsut Özillə cavab verib. Matçda yekun nəticəni Miqel Krespo qoyub.  90+4-cü dəqiqədəki qol "Fənərbaxça"ya qələbə qazandırıb.

 

"Qalatasaray" - "Fənərbaxça" - 1:2

Qollar: Akturkoğlu, 16, - Özil, 31, Krespo, 90+4

Qırmızı vərəqə: Tisserand, 83 ("Fənərbaxça")

“Qalatasaray” derbidə “Fənərbaxça”ya uduzdu