“...qadın nəzarətsiz qalanda xəyanətə meyilli olur” - Ailələri kim dağıdır?

“...qadın nəzarətsiz qalanda xəyanətə meyilli olur”

“...qadın nəzarətsiz qalanda xəyanətə meyilli olur” - Ailələri kim dağıdır?

Xəyantin cinsi varmı? Niyə görə kişi xəyanət edərsə, bağışlanır, ancaq qadın xəyanəti qınanılır?

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən psixoloq Vüsalə Əmiraslanova bildirib ki, Azərbaycan müsəlman ölkəsi olduğuna görə Quranı əsas götürürlər. 

“Quranda hər iki tərəfin zina etməsi günahdır. Amma qadına qarşı diqqət hər zaman böyük olub, əxlaqlı böyüməsi üçün qatı nəzarət və tərbiyə ilə yetişdirilir. Cəmiyyətdə hər zaman düşünüblər ki, qadın nəzarətsiz qalanda xəyanətə meyilli olur. Buna görə də inanırlar ki, qadınlar oğlanlarla müqayisədə daha məntiqli düşünə bilmirlər. Oğlanlarda isə bu əksinədir. Onlara hər zaman “yaşıl işıq” yandırılır, çünki ailənin, nəslin davamçısıdır, ona görə də, onları bağışlamaq olar. Əlbəttə, bu, nadan bir düşüncədir, çünki oğlan da, qız da, yəni hər ikisi övladımızdır, hər ikisi nəslin davamçısıdır. 

Əslində, qadınla kişi xəyanətinin arasında elə də ciddi fərq yoxdur. Elmi araşdırmalara görə, qadın bir neçə şəxslə cinsi əlaqəyə girsə də, sadəcə bir şəxsdən uşaq dünyaya gətirə bilir. Ancaq kişi bir neçə qadınla intim münasibətə girərək, hər dəfəsində uşaq dünyaya gətirdə bilər. Bu fərq kişilərin xəyanət etməsinə yenə də əsas vermir”.

V. Əmiraslanova qeyd edib ki, qadınlar xəyanət edərkən, bunu düşüncə ilə, kişilər isə instiktiv edirlər:

“Bu, tayfa halında yaşadığımız dövürdən formalaşan bir düşüncədir. Hazırda xəyanət hər bir şəxsin seçimi, düşüncə tərzi və mühitindən asılıdır. Elə qadın və ya kişi var ki, xəyanəti bağışlanmaz hesab edir. Eləsi də var ki, bilir, ancaq susur ki, ailəsi dağılmasın. Bu fədakarlıq insanı yorur, bir müddət sonra insan duyğusuzlaşır”. 

Ayzel 

“...qadın nəzarətsiz qalanda xəyanətə meyilli olur” - Ailələri kim dağıdır?