Azərbaycanda polislər qəzaya düşdü - Biri öldü, digəri yaralandı

Azərbaycanda polislər qəzaya düşdü - Biri öldü, digəri yaralandı

Azərbaycanda polislər qəzaya düşdü - Biri öldü, digəri yaralandı

Xəbər verdiymiz kimi, bu gün Oğuzda ağır yol nəqliyyat hadisəsi baş verib. Yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Polemika.az-a verilən məlumata görə, onlar Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Seyidəliyev, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Səfərovdur.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Azərbaycanda polislər qəzaya düşdü - Biri öldü, digəri yaralandı