“Putinin imkanı olsa nəinki Ukraynanı, Azərbaycanı, Gürcüstanı da işğal edər” 

“Putinin imkanı olsa nəinki Ukraynanı, Azərbaycanı, Gürcüstanı da işğal edər” 

“Putinin imkanı olsa nəinki Ukraynanı, Azərbaycanı, Gürcüstanı da işğal edər” 

"Rusiyanın apardığı siyasət bütün qonşu dövlətlər üçün təhlükədir. O cümlədən indi Donetsk və Luqansk qondarma respublikalarının tanınması bu təhlükənin bariz nümunələrindən biridir".

“Polemika.az” xxəbər verir ki, bunu AzadlıqRadiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. 

O qeyd edib ki, qondarma Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyinin tanınması ilə bağlı qərar beynəlxalq hüquqa ziddir: "Yəqin ki, bu qərar beynəlxalq birlik tərəfindən hiddətlə qarşılanacaq və Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediləcək".

Partiya rəhbərinin sözlərinə görə, indiki Rusiyanın hərbi-siyasi rejimi SSRİ-ni bərpa etmək iddiasındadır: "Bütün qonşu dövlətlərə qarşı ərazi iddiası irəli sürür. Putinin indiki siyasəti bütövlükdə Avrasiya məkanı və dünya üçün təhlükəli bir siyasətdir. Onun dünənki (fevralın 21-də) çıxışında göründü ki, hər hansı imkanlar yaranarsa, nəinki Ukraynanı, Azərbaycanı, Gürcüstanı və bütün postsovet məkanını, hətta vaxtilə Rusiya İmperiyasının ərazisinə daxil olmuş Finlandiyanı işğal etmək iddiasındadır. Ona görə beynəlxalq birlik bu böyük təhlükəni nəzərə alaraq onu durdurmağa nail olmalıdır".

Siyasətçi vurğulayıb ki, hazırda Azərbaycanın Yuxarı Qarabağ ərazisi faktiki olaraq tam şəkildə Rusiyanın nəzarəti altındadır: "Hətta Rusiyanın Xarici İşlər Nazirliyi sözçüsü Zaxarova açıq şəkildə bəyan edir ki, Azərbaycanın Yuxarı Qarabağ ərazisində hər hansı məsələ ilə əlaqədar sərəncam vermək hüququ yoxdur və bu hüquqlar tam olaraq onların orada olan hərbi qüvvələrinə aiddir. Belə olan şəraitdə, təbii ki, əgər Rusiyanın Ukraynadakı davranışlarına adekvat cavab verilməsə, Azərbaycan üçün təhlükə artacaq".

“Putinin imkanı olsa nəinki Ukraynanı, Azərbaycanı, Gürcüstanı da işğal edər”