“Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” - Ermənistan XİN

“Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” - Ermənistan XİN

“Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” - Ermənistan XİN

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında noyabrın əvvəllərində Moskvada yeni razılaşmanın imzalanacağı ilə bağlı xəbərə reaksiya verib.

Polemika.az xəbər verir ki, o belə bir sənədin imzalanmasını təkzib etməyib.

“Hazırda müxtəlif formatda görüşlər barədə təkliflər daxil olur. İstisna olunmur ki, görüşlərdən birində tərəflərin öncədən razılaşdırdığı sənəd imzalanasın. Amma məhz mətbuatda adı çəkilən sənədlərin imzalanması planlaşdırılımır”, - deyə Mirzoyan söyləyib.

Ararat Mirzoyan hazırda Azərbaycan və Ermənistan liderləri arasında konkret görüş tarixinin razılaşdırılmadığını əlavə edib./Modern.az

“Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” - Ermənistan XİN