Putin ehtiyatda olan hərbçiləri toplanışa çağırdı - Müharibə başlayır?

Putin ehtiyatda olan hərbçiləri toplanışa çağırdı

Putin ehtiyatda olan hərbçiləri toplanışa çağırdı - Müharibə başlayır?

Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan Rusiya vətəndaşlarının 2022-ci ildə hərbi toplanışa çağırılması haqqında fərman imzalayıb.

Polemika.az xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Sənəddə deyilir:

“2022-ci ildə ehtiyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi toplanışa çağırılsın”.

Fərmana uyğun olaraq, hökumət və regional hakimiyyət orqanları toplanışla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

 

 

Putin ehtiyatda olan hərbçiləri toplanışa çağırdı - Müharibə başlayır?