"Prezidentlər yol xəritəsi barədə razılığa gəliblər" - XİN rəhbəri

"Prezidentlər yol xəritəsi barədə razılığa gəliblər" - XİN rəhbəri

"Prezidentlər yol xəritəsi barədə razılığa gəliblər" - XİN rəhbəri

"İran və Rusiya arasında münasibətlər yeni, çoxşaxəli, intensivləşmiş axara keçib".

Polemika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib.

O, Tvitter səhifəsində iki ölkə prezidentinin Moskvada baş tutan görüşünün yekunlarını şərh edib:

“Rəisi ilə Putin arasında Kremldə keçirilən mühüm, səmimi və saatlarla davam edən görüş zamanı Tehran və Moskva arasında münasibətlər yeni, çoxşaxəli və sürətləndirilmiş yolun ağına düşüb. Münasibətlərin yeni fəslində əla əməkdaşlıq olacaq. İki prezident uzunmüddətli yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər”.

Əmir-Abdullahian yeni dünya nizamının çoxtərəfli olacağını bildirərək yazısını yekunlaşdırıb.

 

"Prezidentlər yol xəritəsi barədə razılığa gəliblər" - XİN rəhbəri