Yaxın Şərqdə yeni nəqliyyat dəhlizi işə salınır

Yaxın Şərqdə yeni nəqliyyat dəhlizi işə salınır

Yaxın Şərqdə yeni nəqliyyat dəhlizi işə salınır

BƏƏ-İran-Türkiyə nəqliyyat dəhlizi Əmirlik rəsmilərinin gələn həftə Tehrana səfərindən sonra rəsmən fəaliyyətə başlayacaq.

Polemika.az "Mehr News"a istinadla xəbər verir ki, bunu İran Yol Xidməti və Nəqliyyat Təşkilatının (YXNT) Tranzit və Beynəlxalq Nəqliyyat Bürosunun baş direktoru Cavad Hidayəti bildirib.

O, BƏƏ və Türkiyə arasında İran üzərindən yeni tranzit dəhlizinin işə salınmasını təsdiqləyərək, Əmirliyin Türkiyə ilə danışıqlarına nəzarət edən yüksək səviyyəli BƏƏ rəsmisinin İrana səfərinin planlaşdırıldığını bildirib.

Hidayətinin sözlərinə görə, təxminən bir ay əvvəl İrandan Türkiyəyə iki BƏƏ yük maşınının sınaq yürüşü uğurla başa çatıb.

Daha əvvəl tranzit sahəsi üzrə ekspert Məhəmməd Hüseyn Rezayan bildirmişdi ki, yeni nəqliyyat dəhlizi əvvəlki tranzit marşrutunu 12 gün qısaldacaq, yəni yüklərin Şarjadan BƏƏ-yə İran vasitəsi ilə Türkiyə limanına çatması 8 gün çəkəcək. Əvvəlki marşrut Bab əl-Məndeb boğazı, Qırmızı dəniz, Süveyş kanalı və Türkiyəyə qədər 20 gün davam edirdi.

Yaxın Şərqdə yeni nəqliyyat dəhlizi işə salınır