Qan donduran HADİSƏ - Uşağını öldürmək istəyən ata...

Qan donduran HADİSƏ - Uşağını öldürmək istəyən ata...

Qan donduran HADİSƏ - Uşağını öldürmək istəyən ata...

Türkiyədə ata öz uşağını öldürməyə çalışıb.

Polemika.az xəbər verir ki, başvermiş dəhşətli hadisə Yolavada qeydə alınıb. 

Ananın sözlərinə görə, körpənin yeməkdən imtina etməsi onu şübhələndirib. Bundan sonra qadın böyük qızını yeməyi aldıqları aptekə geri aparmasını istəyib. Bu zaman məlum olub ki, qidaya başqa bir maddə əlavə edilib. Ağlayaq anasına bunları dedikdən sonra, qadın ərindən şübhələnib və şikayətçi olub. 

Mütəmadi olaraq ailəsinə əzab verən 41 yaşlı kişi həbs edilib və əməlini etiraf edib:

"3-cü uşağa baxmağa da, abort etdirməyə də imkanımız yox idi. Aldığım qarışqa tozundan bir qaşıq uşağın yeməyinə əlavə etdim", - deyən ata hadisəni törədən zaman sərxoş olduğunu bildirib.

Qadın isə illərlə gördüyü şiddətdən bezdiyini, uşağını zəhərləmək istəməsinin qəbul edilməz olduğunu və ərinin ən ağır cəzanı almasını istəyib. 

12 günlük körpə təcili yardım ilə xəstəxanaya çatdırılıb və bir gün reanimasiya şöbəsində qaldıqdan sonra anasına təhvil verilib.

Qan donduran HADİSƏ - Uşağını öldürmək istəyən ata...