Prezidentlə görüşdə Azərbaycan barədə danışıldı - Çavuşoğlunun İran səfəri

Prezidentlə görüşdə Azərbaycan barədə danışıldı - Çavuşoğlunun İran səfəri

Prezidentlə görüşdə Azərbaycan barədə danışıldı - Çavuşoğlunun İran səfəri

"İslam Respublikası öz sərhədlərindən kənarda Azərbaycan və Türkiyə ilə qonşuluq münasibətlərindən başqa, dərin və uzunmüddətli dini və mədəni əlaqələrə malikdir. Bəzi xarici qüvvələrin bu əlaqələrə xələl gətirməsinə imkan verməməliyik".

Polemika.az "Fars News"a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə İran prezidenti İbrahim Rəisi bildirib.

Prezident iki qonşu ölkənin regional əməkdaşlığı beynəlxalq əməkdaşlığa da çevirməni təklif edib. 

O, region ölkələrinin öz problemlərini xarici müdaxilə olmadan həll etməli olduğunu vurğulayıb. 

"Terror və mütəşəkkil cinayətlə mübarizə Tehran və Ankara arasında əməkdaşlığın sütunlarından biri ola bilər və İran bu sahədə əməkdaşlığı inkişaf etdirməyə hazırdır”, - deyə İbrahim Rəisi qeyd edib.

İran prezidenti Türkiyə xarici işlər nazirinin Cənubi Qafqazda sabitliyin yaradılması və iqtisadi-ticari əlaqələrin inkişafı üçün İranla müştərək əməkdaşlığa dair sözlərinə toxunaraq deyib:

"İslam Respublikası öz sərhədlərindən kənarda Azərbaycan və Türkiyə ilə qonşuluq münasibətlərindən başqa, dərin və uzunmüddətli dini və mədəni əlaqələrə malikdir. Bəzi xarici qüvvələrin bu əlaqələrə xələl gətirməsinə imkan verməməliyik".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında vurğulayıb:

"Ankara Tehrandakı yeni hökuməti nəticəyönlü administrasiya hesab edir və Tehranla əməkdaşlığın səviyyəsini mümkün qədər yüksəltmək əzmindədir. Həmçinin, İranla Cənubi Qafqazda sabitlik və iqtisadi-ticari inkişaf naminə birgə əməkdaşlığı gücləndirməyə çalışırıq".

O, regionda baş verən proseslərə toxunaraq, terrorizmlə mübarizə, bölgədə sabitlik və sülhün bərqərar olması üçün İranla daha sıx əməkdaşlığa çağırıb.

Prezidentlə görüşdə Azərbaycan barədə danışıldı - Çavuşoğlunun İran səfəri