“Prezidentin müsahibəsi Ermənistana ciddi  mesajdır” 

“Prezidentin müsahibəsi Ermənistana ciddi  mesajdır” 

“Prezidentin müsahibəsi Ermənistana ciddi  mesajdır” 

“Dövlət başçısı İlham Əliyevin  yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi bir daha ötən ildə Azərbaycanın sosial, iqtisadi, siyasi, diplomatik və hərbi  sahədə qazandığı uğurlara  və onların fonunda qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir baxış kimi dəyərləndirilir”.

“Polemika.az” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, ölkə Prezidenti hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqidən bəhs edərək Azərbaycanın iqtisadiyyatını düzgün qurması nəticəsində əldə etdiyi nəticələri statistik rəqəmlər əsasında diqqətə çatdıraraq bildirdi ki, iqtisadi və sosial siyasətimiz biri-birini tamamlayır:

“İqtisadi islahatların davamlılığı ölkənin dayanıqlı inkişafının əsasıdır. Dövlətin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır. Prezident İlham Əliyev daim bu fikri vurğulayır ki, sosial-iqtisadi inkişaf yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Müharibədən yeni çıxan, eyni zamanda iki ildən artıqdır ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirən ölkənin əldə etdiyi nəticələr münbit iqtisadi şəratin mövcudluğundan xəbər verir. 

Dövlət başçısının ötən ildə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri ilə yaxından tanış olmaq üçün bu torpaqlara səfərləri ilə yanaşı, digər regionların da sosial-iqtisadi inkişafı diqqətdən kənarda qalmadı. Əsas məqsəd hər bir bölgənin malik olduğu potensial imkanlardan maksimum istifadə edərək qeyri-neft sektorunun inkişafını sürətləndirmək, bununla da Azərbaycanın hərtərəfli inkişafını təmin etməkdir. Ötən ilin uğurlarına söykənərək formalaşdırılan 2022-ci ilin dövlət büdcəsi də cari ildə görüləcək işlərin aydın mənzərəsini yaradır. Dövlət başçısının müsahibəsində diqqət yönəltdiyi məsələlərdən biri də məhz bu idi”.

 

“Prezidentin müsahibəsi Ermənistana ciddi  mesajdır”