Premyer Liqada VAR nə vaxt tətbiq olunacaq?

Premyer Liqada VAR nə vaxt tətbiq olunacaq?

Premyer Liqada VAR nə vaxt tətbiq olunacaq?

Azərbaycan futbolunda VAR yazda tətbiq oluna bilər.

Polemika.az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlama verib.

Onun sözlərinə görə, hazırda çiplərin gətirilməsi üzərində işlər gedir:

"Çiplərin gətirilməsi ləngiyir. Öncədən 2020-ci il dekabrın ortalarında gözləyirdik. İndi isə 20 fevrala gələcəyini planlaşdırırıq. Hər şey plan üzrə getsə, bu sistemi fevralın sonları - martın əvvəllərində yarada biləcəyik. Mərkəz kimi Bakı Olimpiya Stadionunu nəzərdə tutmuşuq. Avadanlıqlar maşınlarda qurulacaq. VAR Premyer Liqanın 8 klubunun ev oyunlarını keçirdiyi arenalarda, eləcə də Tofiq Bəhramov adına Respublika stadionu və "Dalğa Arena"da tətbiq olunacaq. Yəni FIFA-nın sertifikasiya etdiyi stadionlardan istifadə oluna bilər".

Premyer Liqada VAR nə vaxt tətbiq olunacaq?