Polis əməliyyat keçirdi: Narkoman sürücü tutuldu

Polis əməliyyat keçirdi: Narkoman sürücü tutuldu

Polis əməliyyat keçirdi: Narkoman sürücü tutuldu

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Nicat Kərimovun idarə etdiyi “VAZ-21013” markalı avtomobil qayda pozuntusuna yol verdiyinə görə saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Polemika.az-a verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən N.Kərimovun psixotrop maddə olan metamfetamin qəbul etdiyi məlum olub.

Hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırmalara davam etdirilir.

Polis əməliyyat keçirdi: Narkoman sürücü tutuldu