Pişiyinə işgəncə verən futbolçu oyuna çıxmaqdan imtina etdi

Pişiyinə işgəncə verən futbolçu oyuna çıxmaqdan imtina etdi

Pişiyinə işgəncə verən futbolçu oyuna çıxmaqdan imtina etdi

Pişiyinə şiddət tətbiq edən və bunu sosial şəbəkə hesabında paylaşan “Vest Hem”in futbolçusu Kurt Zumaya etirazlar davam edir.

Polemika.az BBC-yə istinadən xəbər verir ki, fransalı müdafiəçi Premyer Liqanın 25-ci turunda “Lester”lə oyun öncəsi azarkeşlərin etirazı ilə üzləşib.

27 yaşlı oyunçu matçın start heyətində yer alıb. Ancaq isinmə hərəkətləri zamanı azarkeşlər onu fitə basıb və müxtəlif şüarlar səsləndirib. Bundan sonra fufbolçu özünü yaxşı hiss etmədiyini bildirib və oyuna çıxmaqdan imtina edib. Nəticədə futbolçu meydana çıxmayb.

Xatırladaq ki, Zuma etdiyi hərəkətə görə üzr istəyib. Onun bu addımına görə həbs olunacağı da iddia edilir. “Vest Hem” Fransa millisinin üzvünü bu hərəkətinə görə cərimə edib.

Pişiyinə işgəncə verən futbolçu oyuna çıxmaqdan imtina etdi