250 min tələbənin Bakıya qayıdışı nəyi dəyişdi? - "Mənasız təklif idi"

250 min tələbənin Bakıya qayıdışı nəyi dəyişdi? - "Mənasız təklif idi"

250 min tələbənin Bakıya qayıdışı nəyi dəyişdi? - "Mənasız təklif idi"

“Omikron” ştammının geniş yayılması ilə əlaqədar olaraq tələbələrin qış tətilin uzadılması təklif olunurdu. Tətildən sonra 250 min tələbənin paytaxtda qayıdışı prosesinin yoluxma sayına ciddi təsir göstərəcəyi düşünülürdü. Çoxsaylı müraciətlərə baxmayaraq, qış tətilinin uzadılmasına dair qərar verilmədi.

Polemika.az-a açıqlamasında həkim-terapevt Rasif Bağırov deyib ki, tələbələrin qış tətilinin uzadılması mənasız təklif idi:

“Xəstəliyin müalicəsi, virusun yayılmasının qarşısının alınması ilə bağlı aparılan tədbirlər davam edir. 250 min tələbənin Bakıya qayıdışı heç nəyi dəyişmir. “Omikron”un yoluxduruculuq qabiliyyəti yüksək olsa da, orqanizmdə ciddi fəsad törətmir: Təbii ki, yaşlı insanlar xaric. Amma orta və gənc nəsil üçün güclü fəsad təhlükəsi yoxdur”.

Nəzrin Vahid

250 min tələbənin Bakıya qayıdışı nəyi dəyişdi? - "Mənasız təklif idi"