“Pedofiliya məhkəmədə bəraət üçün əsas ola bilməz” - Psixiatr 

“Pedofiliya məhkəmədə bəraət üçün əsas ola bilməz”

“Pedofiliya məhkəmədə bəraət üçün əsas ola bilməz” - Psixiatr 

İmişlidə atanın qızına təcavüz etməsi iddiası pedofiliya mövzusunu yenidən gündəmə gətirib. Hüquqşünaslar deyir ki, pedofiliya cinayətdir, psixiatrlar isə bunu xəstəlik sayır.

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən "HB Güvən Klinikasının əməkdaşı, psixiatr Fuad Bəşirov bildirib ki, psixiatrlar doğru vurğulayır, bu bir xəstəlikdir.

“Psixiatriyada xəstəliklər iki qrupa ayrılır: anlaqlı və anlaqsız. Xəstənin iradəsi ilk halda özündə olur. Odur ki, düzgün tərbiyə edilmiş şəxs pedofil davranışı sərgiləməz. Bunu da qeyd etməliyəm ki, bu proses tamamilə valideynlərdən, tərbiyə üsullarından asılıdır. Çünki əgər uşağı sağlam münasibətləq qura bilməyən ana-ata böyüdürsə, təbii ki, o, sağlam, ağlı başında bir adam olmayacaq. Ətrafındakılara və özünə ancaq zərər gətirəcək. 

Beləliklə, başqaları nə qədər günahkardırsa, pedofil də işlətdiyi əmələ görə eyni dərəcədə günahkardır. Yəni ona da eyni cəza tətbiq olunmalıdır.

Bununla bərabər, anlaqsız vəziyyətdə olan xəstələr var. Onların törətdiyi cinayət xəstəliyin dərəcəsinə görə (şizofreniya, Alzaymer və s.) dəyişə bilir. Ancaq pedofil sadaladığım hallara aid deyil. Pedofilə verilən cəza istənilən anlaqlı şəxsə verilən cəzaya bərabər tutulur. Yəni Pedofiliya məhkəmədə bəraət üçün əsas, cəza müddətini azaltmaq üçün səbəb ola bilməz. ”.

F. Bəşirov qeyd edib ki, bu gün travmalarla yetişən bir fərd sabah problemi insana çevrilir.

“O, bütün cəmiyyət üçün yararsız bir fərd olur. Azərbaycanda bu halların baş verməsi, təbii ki, yaxşı bir hal deyil”.

Ayzel

“Pedofiliya məhkəmədə bəraət üçün əsas ola bilməz” - Psixiatr