Payaxtda mafiya: “Bakıda hər rayonun öz ağası var” – Video

Payaxtda mafiya: “Bakıda hər rayonun öz ağası var” – Video

Payaxtda mafiya: “Bakıda hər rayonun öz ağası var” – Video

Bakı Nəqliyyat Agentliyi paytaxt Bakıda küçələrdə avtomobil park xidməti ilə bağlı maraqlı video hazırlayıb.

“Polemika.az”ın məlumatınaa görə, videodan məlum olur ki, hər küçənin, prospektin öz sahibi var və park işinə baxan sıravi şəxslər bildirirlər ki, 50 maşınlıq yer üçün hər gün 120 manat ödəniş edirlər. 

Gizli çəkilişlər zamanı əraziyə baxan şəxslər ayrı-ayrı şirkətlərin adlarını çəkirlər. Bəziləri isə qazilərə xidmət edildiyini bildirir. Yəni yığılan vəsait qazilər üçün xərclənir.  Ardınca isə “amma onların adından istifadə edirlər” deyə əlavə edir.

Fakrtlar ortaya ciddi suallar çıxarır. Bu küçələrin “ağaları” kimlərdir? Hər gün külli miqdarda pul kimin cibinə gedir? Həmin əraziləri bu özünə “şirkət” deyən adamlara kim satır? Həqiqətənmi icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının bunlardan xəbəri yoxdur?! 

Yaxşısı budur, videonu izləyin!

 

Payaxtda mafiya: “Bakıda hər rayonun öz ağası var” – Video