Paşinyanın partiyası Azərbaycanın əleyhinə olan sənədə qarşı çıxdı

Paşinyanın partiyası Azərbaycanın əleyhinə olan sənədə qarşı çıxdı

Paşinyanın partiyası Azərbaycanın əleyhinə olan sənədə qarşı çıxdı

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyası “Ermənistan” müxalifət blokunun təklif etdiyi, “Şuşa bəyannaməsi”nin pislənməsi ilə bağlı bəyanat layihəsini dəstəkləməyəcək.

Polemika.az "Armenian News"a istinadla xəbər verir ki, bunu hakim “Vətəndaş Müqaviləsi”ndən olan deputat Qurgen Arsenyan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının iclasındabildirib.

Layihədə xüsusilə qeyd olunur ki, “Şuşa bəyannaməsi” təxribatçı və dağıdıcı xarakter daşıdığı üçün Ermənistan üçün qəbuledilməzdir. "O, regional və qlobal təhlükəsizliyə ən ciddi çağırışları ehtiva edir, regionun dinc inkişafına töhfə vermir, Ermənistan-Türkiyə münasibətlərinin “heç bir ilkin şərt olmadan” prinsipi əsasında normallaşdırılması prosesinə ziddir və real motivlərə dair ciddi şübhələr yaradır və Ankaranın niyyətləri”, - deyə layihədə qeyd olunur.

Hakim partiyadan olan deputatın sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyi hələ 2021-ci ilin iyununda iki dəfə öz mövqeyini bildirib. Eyni zamanda, o qeyd edib ki, həm XİN, həm də parlament vahid mövqedən çıxış etməlidir.

Arsenyan deyib: “Bundan əlavə, Ermənistan hökumətinin 2021-2026-cı illər üçün Proqramında ölkə hakimiyyəti regionda uzunmüddətli sülh və sabitlik siyasətini elan edib. Ona görə də istənilən hərəkət və bəyanat ölkənin inkişafına töhfə verən dinc gündəmin təmin edilməsinə yönəlməlidir”,

Paşinyanın partiyası Azərbaycanın əleyhinə olan sənədə qarşı çıxdı