"Paşinyanın koronavirusa yoluxması şübhəlidir" - Erməni nəşri

"Paşinyanın koronavirusa yoluxması şübhəlidir" - Erməni nəşri

"Paşinyanın koronavirusa yoluxması şübhəlidir" - Erməni nəşri

"Baş nazir Nikol Paşinyanın koronavirusa yoluxması şübhəlidir".

Polemika.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Erməni nəşri qeyd edir ki, Paşinyanın COVID-19-a yoluxması dünəndən siyasi dairələrdə fəal müzakirə olunub.

Qəzet yazır: “Əgər Paşinyanın yoluxması, Baş nazirin dəftərxanasında bildirildiyi kimi, simptomsuzdursa, o zaman sual yaranır: niyə birdən o, koronavirusa yoluxmasından şübhələnib və testdən keçib? Doğrudanmı Paşinyan heç bir səbəb olmadan testdən keçirilir və həkimlərə müraciət edir?

Bir fərziyəyə görə, Paşinyan ya onun üçün arzuolunmaz olan xarici rəsmi tədbirdə iştirakdan yayınır, ya da daha çox ehtimal edilən başqa bir fərziyəyə görə, səbəb Ordu Gününün qeyd olunmasıdır.

Yanvarın 28-də İdman-Konsert Kompleksində müharibədən qayıdanların da iştirak edəcəyi tədbir nəzərdə tutulub. Necə deyərlər, Paşinyanın iştirakı ilə təsirli səhnələr yaratmağa çalışdılar, lakin iştirakçılar razı olmadı və Paşinyan bu tədbirdə şousız - “adi” statusunda iştirak etməyi məqsədəuyğun saymadı”.

"Paşinyanın koronavirusa yoluxması şübhəlidir" - Erməni nəşri