Paşinyan mühüm qərar imzaladı: Arazdəyən-Horadiz yolunun Ermənistan hissəsinin...

Paşinyan mühüm qərar imzaladı:

Paşinyan mühüm qərar imzaladı: Arazdəyən-Horadiz yolunun Ermənistan hissəsinin...

Arazdəyən-Horadiz dəmir yolunun Ermənistan hissəsinin bərpası üzrə işçi qrupu yaradılıb.

Polemika.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Qərara əsasən, işçi qrup Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası üzrə fəaliyyət göstərəcək.

İşçi qrupa Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan rəhbərlik edəcək. O, 3 aydan bir görülən işlər barədə Baş nazirə məlumat verəcək.

Bildirilib ki, işçi qrup 10 nəfərdən ibarət olacaq.

Paşinyan mühüm qərar imzaladı: Arazdəyən-Horadiz yolunun Ermənistan hissəsinin...