Paşinyan cəmiyyətin başını qatmağın yolunu tapıb

Paşinyan cəmiyyətin başını qatmağın yolunu tapıb

Paşinyan cəmiyyətin başını qatmağın yolunu tapıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə Konstitusiya İslahatları Şurasının formalaşdırılması prosesinə start verilib.

Polemika.az xəbər verir ki, yeni şuraya Ermənistanın Ədliyyə naziri rəhbərlik edəcək. Bununla yanaşı, şuraya Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi, Ermənistan Milli Məclisinin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin sədri, İnsan Hüquqları Müdafiəçisi də daxil olacaq.

Burada həmçinin Ermənistan Respublikası Milli Məclisinin hər bir fraksiyasından bir deputat, Ali Məhkəmə Şurasından bir nümayəndə, səkkizinci partiyanın Milli Assambleyasında yerlərin bölüşdürülməsində iştirak etməyən partiyalar tərəfindən irəli sürülmüş üç nümayəndə də olacaq. Şurada, habelə Ermənistanda qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülmüş üç nümayəndə də olacaq.

Analitiklər Paşinyanın cəmiyyətin diqqətini Qarabağ məsələsindən yayındırmaq üçün "islahat"lara start verdiyini iddia edirlər. 

Paşinyan cəmiyyətin başını qatmağın yolunu tapıb