"Özümü qorxu filminə çəkilmiş kimi hiss etdim" - “Şaxtyor”un braziliyalı futbolçusu

"Özümü qorxu filminə çəkilmiş kimi hiss etdim" - “Şaxtyor”un braziliyalı futbolçusu

"Özümü qorxu filminə çəkilmiş kimi hiss etdim" - “Şaxtyor”un braziliyalı futbolçusu

Rusiya qoşunlarının Ukraynaya hücumu səbəbindən ölkədə baş verən hərbi gərginlik futbolçulara da təsirsiz ötüşməyib.

Polemika.az xəbər verir ki, Ukraynanın ən güclü klubları Kiyev “Dinamo”su və Donetsk “Şaxtyor”unun əcnəbi oyunçuları ölkəni tərk edib.

Onlar ailələri ilə birlikdə Moldovaya aparılıb. Moldova Futbol Federasiyasının nümayəndələri tərəfindən qarşılanan heyətdə oyunçular və onların ailələri yer alır. Əcnəbilərin ölkəni tərk etməsində UEFA prezidenti Aleksander Çeferin vasitəçilik edib.

“Şaxtyor”un braziliyalı futbolçusu Junior Moraeş orada qorxu dolu anlar yaşadıqlarını gizlətməyib: “Son 4 gündə belə yaşayacağımı heç düşünməzdim. Özümü qorxu filminə çəkilmiş kimi hiss etdim. Mənim üçün ən pisi bir otaqda bəzən işıqsız qalmaq, içəridə panika, qorxu, stress keçirən 70 nəfəri sakitləşdirməyə çalışmaq idi. Bu, həyatımın ən çətin anı idi”.

Oyunçular və ailələri müvəqqəti olaraq federasiyanın bazasına yerləşdirilib. Onlar yaxın günlərdə Rumıniyaya, oradan isə öz ölkələrinə gedəcəklər.(apasport)

"Özümü qorxu filminə çəkilmiş kimi hiss etdim" - “Şaxtyor”un braziliyalı futbolçusu